Ağ ev:  "İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumu asanlaşdırır"

      Ağ ev:    "İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumu asanlaşdırır"
  24 Oktyabr 2023    Oxunub:835
İran silahlı qruplaşmaların Amerikanın Yaxın Şərqdəki maraqlarına və qüvvələrinə hücumuna aktiv şəkildə kömək edir.
AzVision.az xəbər verir ki, Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi belə iddia irəli sürüb.

“Biz bilirik ki, İran HƏMAS və Hizbullahı dəstəkləməyə davam edir. Bilirik ki, İran bu hadisələri diqqətlə izləyir və bəzi hallarda bu hücumlara fəal kömək göstərir, İsrail-HƏMAS münaqişəsindən öz mənfəətləri və ya İranın xeyrinə istifadə etmək istəyən başqa qüvvələri qızışdırır. Tehranın məqsədi bu məsələyə müdaxiləni inkar edən tədbiri saxlamaqdır. Biz onlara bunu etməyə imkan verməyəcəyik. Biz bu hücumların əhəmiyyətli dərəcədə artması ehtimalından dərin narahatıq. İranın öz vasitəçi qüvvələrinə dəstəyi sirr deyil. Heç kim şübhə etmir, heç kim unutmur ki, İran dünyanın o hissəsində pis insanlarla pis işlər görür”, - Kirbi deyib.

Amerikalı məmurun dediyinə görə, İranın hakimiyyət orqanları maliyyə vəsaiti ayırmqala bu qüvvələri işlətdikləri raket və sursatla təmin edir, həmçinin onların bir hissəsinə təlim keçməklə kömək dəstək verir.

Lakin bu münaqişənin genişlənməsini görmək istəməyən Vaşinqton hər hansı bir hərəkətin qarşısını almaq üçün bölgəyə daha çox hərbi potensial əlavə edir. Çünki ABŞ öz milli təhlükəsizliyini qorumaq və müdafiə etmək üçün zəruri olan addımları atmaq siyasətində israrlıdır.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti